Nazirlikdən 12 illik təhsilə keçidlə bağlı AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Nazirlikdən 12 illik təhsilə keçidlə bağlı AÇIQLAMA

Təhsil Nazirliyi 12 illik təhsilə nə zaman keçirilməsinə aydınlıq gətirib.

Publika.az-ın məlumatına görə, nazirliyin şöbə müdiri Aydın Əhmədov “Azərbaycan Respublikasında təhsilin inkişafına dair Dövlət Strategiyası” Fəaliyyət Planının müzakirəsi zamanı bildirib ki, 12 illik təhsilə keçidlə bağlı startegiyada tədbirlər planı nəzərdə tutulub.

“Bu sistemə keçid məsələsi müzakirə edilib. Müəyyən edilib ki, dünyanın bir çox ölkələrində təhsil 12 il və daha çoxdur. Bizdə də dünya ölkələrinə inteqrasiya ediriksə, təhsildə bu məsələ gündəmə gəlməlidir.

12 illik təhsilə keçid sadə proses deyil. 12 illik təhsilə keçid həm tədris planında bütövlükdə dəyişiklik, həm də dərsliklərin dəyişdirilməsini tələb edir. Hazırda kurikulum əsasında dərsliklər hazırlanır. Strategiyada dərsliklərin 12 illik təhsilə uyğunlaşdırılması nəzərdə tutulub. Bunun üçün mütəxəssislərdən ibarət işçi qrupları yaradılmalıdır. 12 illik təhsilə keçid uşaqların təhsilə marağını artırır. Zamanla proqramlarımızı 12 illik tədris planına uyğunlaşdıracağıq. 10 illik icbari, 2 il tam orta təhsil müəyyən ediləcək. Lakin bu məsələlərin hər biri müzakirələr tələb edir”.

A.Əhmədov onu da vurğulayıb ki, bu təhsilə keçid mərhələli şəkildə həll edilməlidir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm