Qırmızı.az
Qadını vurub qaçan sürücünün kimliyi müəyyənləşib
Paytaxtın Sabunçu rayonunun hüquq-mühafizə orqanları tərəfindən isti izlərlə həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin olunub.
Publika.az Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun
birgə yaydığı məlumata istinadən xəbər verir ki, yanvarın 26-da
saat 07 radələrində rayonun Bakıxanov qəsəbəsində naməlum
avtomobilin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq yolu
keçmək istəyən piyada 1950-ci il təvəllüdlü Mahmudova Pəri Əyyub
qızını vurub hadisə yerindən qaçması, sonuncunun aldığı
xəsarətlərdən hadisə yerində ölməsi faktına görə rayon Polis
İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol
hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma,
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və
264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə
cinayət işi başlanıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış
tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin
"Daewoo" markalı "10-TE-437" dövlət qeydiyyat nişanlı avtobusun
sürücüsü 1955-ci il təvəllüdlü Tağızadə Rafael Tağı oğlu tərəfindən
törədilməsində kifayət qədər əsaslar olduğundan o, tutularaq
istintaqa cəlb olunub.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Vazeh
-
Dünya01:40
SEPAH generalı ABŞ səfirliyinə sığındı
-
İdman01:20
Şok iddia: Sadıqov ev dustaqlığındadır
-
Qoroskop00:40
Günün qoroskopu: gəlirlərinizi artırmaq şansınız olacaq
-
Ekopublika.az11 Dekabr 23:47
Ev almaq istəyənlərin nəzərinə! - Bu ərazilərdə qiymətlər bahalaşacaq
-
İdman11 Dekabr 23:35
“Forbes” “top-10”-u açıqladı: Ən çox qazananlar kimlərdir?
-
İKT11 Dekabr 22:38
Sosial şəbəkələrə nə oldu?
-
İqtisadi gündəm11 Dekabr 22:26
İlon Maskın sərvəti fantastik həddə çatdı
-
İdman11 Dekabr 20:50
DÇ-2030-un hansı ölkələrdə keçiriləcəyini FİFA rəsmən açıqladı