Əfqanıstanda öldürülən azərbaycanlının anası danışdı - VİDEO
Bizi izləyin

Qırmızı.az

Əfqanıstanda öldürülən azərbaycanlının anası danışdı - VİDEO

Şəfiqə Qasımova: "Oğlum telefonda dedi ki, daha zəng edə bilməyəcəm, bura çox pis yerdir, bir az keçsin, gəlib ailəmi aparacam"

Şəfiqə Qasımova: "Oğlum telefonda dedi ki, daha zəng edə bilməyəcəm, bura çox pis yerdir, bir az keçsin, gəlib ailəmi aparacam"

Əfqanıstanda silahlı qruplaşmaların tərkibində vuruşan və Azərbaycanın Hüquq Mühafizə Orqanları tərəfindən beynəlxalq axtarışa verilmiş Sumqayıt şəhər sakini, 36 yaşlı İmran Qasımov koalisiya qüvvələri tərəfindən öldürüldüyü təsdiqləndi. Bu gün əməkdaşlarımız həmin şəxsin evində olublar. Maraqlıdır ki, valideynləri övladlarını Suriyaya göndəribmişlər, ölüm xəbəri isə Əfqanıstandan gəlib.

Anası Şəfiqə Qasımova isə sonuncu dəfə övladı ilə 4 ay əvvəl telefonla danışdığını deyib.

İ.Qasımovun anası, Şəfiqə Qasımova: “ Zəng etdi bizə. İyulda gedib, avqust, sentyabr, oktyabrda təxminən Qurban bayramında zəng etdi, bayramımızı təbrik etdi və bildirdi ki, daha zəng edə bilməyəcəm, telefonu itirmişəm. Bura çox pis yerdir, burda çox pis xəstəliklər var, bir az keçsin, gəlib ailəmi aparacam”. /ANS TV/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm