11 "ovçu" saxlanıldı
Bizi izləyin

Qırmızı.az

11 "ovçu" saxlanıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları 21-25 yanvar 2015-ci il tarixlərində növbəti reydlər keçirib.

Publika.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, “Şərbətqobu” ovçuluq təsərrüfatının ərazisində keçirilmiş reyd zamanı qanunsuz ovla məşğul olan Füzuli rayonu, Mahmudlu-2 kənd sakini Səbuhi Həsənov saxlanılaraq ondan 1 ov tüfəngi, 2 patron götürülüb.

Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində keçirilmiş reyd zamanı ov edən Balakən rayonu, Katex kənd sakini İlham Hoorsov saxlanılıb və ondan 1 ədəd ov tüfəngi götürülüb.

Şahdağ Milli Parkının Oğuz bölməsinin ərazisində keçirilmiş reyd zamanı qanunsuz ovla məşğul olan Oğuz rayon Filfilli kənd sakini Pənah Ağayev saxlanılaraq ondan 1 ov tüfəngi, 3 patron götürülüb.

Hər üç şəxs barəsində akt və protokol tərtib edilib və 1000 manat məbləğində cərimə olunublar.

Tovuz rayonu ərazisində keçirilmiş reyd zamanı isə ov edən naməlum şəxs saxlanılıb. Faktla bağlı qanunamüvafiq qaydada akt tərtib edilərək həmin şəxsdən 1 ov tüfəngi, 2 patron götürülüb. Sənəd təqdim etməyən qanun pozucusunun şəxsiyyətinin müəyyən edilməsi və barəsində qanunvericiliyə uyğun tədbir görülməsi üçün Tovuz rayon Polis Şöbəsinə müraciət edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm