Azərbaycanda qeyri-adi yanğın baş verib
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda qeyri-adi yanğın baş verib

Qax və Şəki rayonlarının kəsişdiyi ərazidə bir neçə saat öncə yanğın hadisəsi baş verib.

Qax və Şəki rayonlarının kəsişdiyi ərazidə bir neçə saat öncə yanğın hadisəsi baş verib.

Yanğın Yevlax-Zaqatala-Gürcüstan magistralının 67-ci kilometrliyində Qax və Şəki rayonlarının kəsişdiyi ərazidə, yol kənarındakı iri gövdəli qovaq ağacında baş verib.

Bilinməyən səbəblərdən ağac alovlara bürünüb. Elə ağacın yanmasını da magistralla hərəkət edən sürücülər görüb. Hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin bir yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Ağacın tam yanmasının qarşısı alınıb. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm