Maşın aşdı: bir nəfər öldü
Bizi izləyin

Qırmızı.az

Maşın aşdı: bir nəfər öldü

Qəbələ rayonu, Böyük Pirəli kənd ərazisində “Niva” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşıb

Qəbələ rayonu, Böyük Pirəli kənd ərazisində “Niva” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşıb.

Publika.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində nəqliyyat vasitəsi deformasiyaya uğrayıb və avtomobildə olan sərnişin 1980-ci il təvəllüdlü Rzayev Rəvan Vidadi oğlu vəfat edib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsin cəsədini çıxarıb, aidiyyəti üzrə təhvil vermiş və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Hadisə şahidlərinin bildirdiklərinə əsasən, 1 nəfər yaralı hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıblar Əməliyyat saat 02:45-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm