Bakı metrosunda həyəcanlı anlar: Uşaq relslərin arasına düşdü
Bizi izləyin

Qırmızı.az

Bakı metrosunda həyəcanlı anlar: Uşaq relslərin arasına düşdü

Bakı metrosunda həyəcanlı anlar: Uşaq reyslərin arasına düşdü

Bu gün səhər saatlarında Metronun “Koroğlu” Stansiyasında həyəcanlı anlar yaşanıb.


AzNews.az-ın hadisə yerindəki əməkdaşının məlumatına görə, 12-13 yaşlarında oğlan qatar relslərinin arasına düşüb.

İnsanları təşvişə salan əsas məsələ isə həmin vaxt qatarın stansiyaya daxil olması olub. Lakin xoşbəxtlikdən maşinist qatarı saxlaya bilib.


Bundan sonra stansiyada xidmət aparan polis və metro əməkdaşları uşağı relslərin arasından çıxarıblar.


Əməkdaşımız xəbər verir ki, uşaq huşunu itirmiş vəziyyətdə tibb məntəqəsinə aparılıb. Onu da qeyd edək ki, uşaq valideynlərinin gözü qarşısında qatar reyslərinin üzərinə yıxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm