Evdə və internet klubda təhlükəsiz internet üçün layihə hazırlandı
Bizi izləyin

Qırmızı.az

Evdə və internet klubda təhlükəsiz internet üçün layihə hazırlandı

R.Əliyevin sözlərinə görə, layihənin həyata keçirilməsi üçün əvvəlcə insanlar bu istiqamətdə maarifləndirilməlidir

Uşaqların internetdə mövcud təhlükələrdən uzaq olması üçün layihə hazırlayıb, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət etmişik. Yəqin ki, yaxın zamanda onlar da müvafiq qurumlarla birlikdə müəyyən tədbirlər həyata keçirəcəklər. Bizim təklif etdiyimiz qaydalarla istər evlərə, istərsə də internet klublarda bu məsələ tənzimlənə bilər.

Bu sözləri Publika.Az-a açıqlamasında Elektron Təhlükəsizlik Mərkəzində sektor müdiri Rəşad Əliyev deyib.

Onun sözlərinə görə, bu üsulun həyata keçirilməsi çox sadədir:

“Bir neçə filtr proqramları var ki, bunlar şəbəkədə, kompüterdə yerləşdirilir. Bundan sonra isə valideynlər övladlarının kompüterdə nə etdiyinə nəzarət edə bilir. Uşaqların təhlükəli oyun oynaması, yaşlarına uyğun olmayan kadrların yer aldığı saytlara daxil olması məhdudlaşdırılır. Bu barədə valideyn məlumatlandırılır. Valideyn bilir ki, gün ərzində övladı neçə saat oyun oynayıb, digər saatlarda kompüterdə hansı işlər görüb. Bu proqramlar hazırda bizdə tətbiq edilməsə də, gələcəkdə istifadəsini təklif etmişik. Filtrləri təkcə evlərdə yox, internet klublarda da yerləşdirmək mükündür”.

R.Əliyevin sözlərinə görə, layihənin həyata keçirilməsi üçün əvvəlcə insanlar bu istiqamətdə maarifləndirilməlidir:

“Bu proqramlar barədə valideynlərin məlumatlandırılması üçün KİV-dən istifadə etmək, ictimai yerlərdə bukletlər, kitablar paylamaq mümkündür.

Valideynlərə həmçinin məsləhət görürük ki, filtrlənmiş internet təklif edən provayderlərin imkanından yararlansınlar. Bu provayderlərdə qiymət və sürət digərlərindən fərqli deyil. Bundan başqa, internet klublarla bağlı müəyyən qanunlar hazırlanmalıdır. Bu istiqamətdə hazırladığımız təkliflərdə dünya təcrübəsini də nəzərə almışıq. Hər halda, biz təklif etmişik, onun qəbulu üçün isə müvafiq qurumların fəaliyyəti lazımdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm