Qırmızı.az
Fevral ayında hava necə olacaq?
Fevral ayında havanın orta aylıq temperaturunun kiçik mənfi və müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya
Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan
Publika.az-a verilən məlumata görə, aylıq
yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə
iqlim normasından bir qədər çox olacağı ehtimalı var.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur 2-4 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecələr 2-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı
ehtimalı var. Gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 2 dərəcə
şaxtadan 3 dərəcəyədək isti, ayın ikinci yarısının bəzi günlərində
15-18 dərəcə isti gözlənilir. Yağıntı aylıq yağıntının miqdarının
iqlim normasına yaxın (norma 21-24 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında temperaturun
orta aylıq 0-5° şaxta gözlənilir ki, bu da iqlim normasına yaxın və
bir qədər aşağıdır. Gecələr 3-8° şaxta, bəzi günlərdə 15-20° şaxta
təşkil edəcək. Gündüzlər 9-14° isti, bəzi günlərdə 3° şaxtadan
2°-dək isti,
ayın ikinci yarısının bəzi günlərində 16-18° isti gözlənilir.
Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi
yerlərdə isə bir qədər çox (norma 11-29 mm) olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xoçalı həmçinin
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və
Daşkəsən-Gədəbəy rayonlarında orta aylıq temperaturun 3°
şaxtadan 2°-dək isti gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Gecələr 0-5° şaxta, bəzi günlərdə 10-15° şaxta təşkil edəcək.
Gündüzlər 7-12° isti, bəzi günlərdə 0-5° şaxta, ayın ikinci
yarısının ayrı-ayrı günlərində 13-16° isti gözlənilir. Yağıntı
aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə
isə bir qədər çox (norma 25-35 mm) olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli,
Cəbrayıl rayonlarında orta aylıq temperaturun 2-4° isti
gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 0-5° isti,
bəzi günlərdə 3-6° şaxta təşkil edəcək. Gündüzlər 7-12° isti, bəzi
günlərdə 3° şaxtadan 2°-dək isti, ayın ikinci yarısının bəzi
günlərində 15-17° isti gözlənilir. Yağıntı aylıq yağıntının
miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox
(norma 15-36 mm) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən,
Şabran, Xızı, Quba, Xaçmaz, Qusar
rayonlarında orta aylıq temperaturun
Orta aylıq 1° şaxtadan 3°-dək isti gözlənilir ki, bu da iqlim
normasına yaxındır. Gecələr 2-7° şaxta, bəzi günlərdə 0-5° isti
təşkil edəcək. Gündüzlər 6-11° isti, bəzi günlərdə 2° şaxtadan
3°-dək isti, ayın ikinci yarısının ayrı-ayrı günlərində 14-17° isti
gözlənilir. Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına
yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 24-55 mm) olacağı
gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı,
Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta
aylıq temperaturun 3-5° isti gözlənilir ki, bu da iqlim normasına
yaxındır. Gecələr 2-7° isti, bəzi günlərdə 3° şaxtadan 2°-dək isti
təşkil edəcək. Gündüzlər 9-14° isti, bəzi günlərdə 0-5° isti, ayın
ikinci yarısının ayrı-ayrı günlərində 16-19° isti gözlənilir.
Yağıntı aylıq yağıntının miqdarının iqlim normasın yaxın (norma
21-35 mm) olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında temperaturun orta aylıq 2-5° isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 2-7° isti, bəzi günlərdə 1-3° şaxta, dağlarda 7-12° şaxta təşkil edəcək. Gündüzlər 8-13° isti, bəzi günlərdə 0-3° isti, ayın ikinci yarısının ayrı-ayrı günlərində 16-19° isti gözlənilir. Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 44-105 mm) olacağı gözlənilir.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ