Azərbaycanlı Rusiyada 2 milyonla saxlanıldı
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı Rusiyada 2 milyonla saxlanıldı

Rusiyanın Tümen gömrük xidmətinin əməkdaşları qaçaqmalçılıqda şübhəli bilinən gənc oğlanı saxlayıblar.

Report regionun Nəqliyyat Prokurorluğunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı Azərbaycan vətəndaşı pulu Gömrük İttifaqı sərhədindən qanunsuz olaraq keçirməyə cəhd göstərib. Hadisə yanvarın 28-də baş "Roşino" hava limanında baş verib. "Bakı-Tümen" aviareysi uçan sərnişinin üzərinə baxış zamanı 2 milyon 40 min rubl (təqribən 30 min dollar) bəyan olunmamış pul vəsaiti aşkar edilib. Qüvvədə olan qanuna əsasən, ölkəyə eyni zamanda 10 min dollardan artıq pul gətirmək qadağandır. Həmyerlimizin üzərindəki vəsait isə göstərilən məbləği 20 min dollar üstələyib. Faktla bağlı cinayət işi qaldırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm