Qırmızı.az
Hacı Nuran 2 ildən sonra Azərbaycana qayıdır
"Çox həyəcanlıyam... Sabah (02.02.2015) inşallah Azərbaycana qayıdıram. Axşam saat 19:00 radələrində təyyarə Bakıya enəcək"
Publika.az xəbər verir ki, bunu uzun müddətdir
Almaniyada xərçəng xəstəliyi ilə mübarizə aparan tanınmış
teleaparıcı Hacı Nuran Hüseynov sosial şəbəkə vasitəsilə bəyan
edib:
"Əziz həmvətənlər! Mən uzun müddətdir ki, sağlamlığımla bağlı
Vətəndən kənarda müalicə alırdım. İcazə verin, mən böyük
səmimiyyətlə mənim müalicəm üçün ilk başdan indiyə kimi göstərilən
diqqətə, maddi yardıma, yüksək qayğıya görə Heydər Əliyev Fondunun
prezidenti, çox hörmətli, xeyirxah insan Mehriban xanım Əliyevaya
və Fondun vitse-prezidenti humanist insan Leyla xanım Əliyevaya öz
minnətdarlığımı bildiririm.
Həmçinin bu çətin günlərimdə ilk günlərdən indiyə kimi yanımda
olan bütün dostlarıma, adını tanımadığım insanlara mənə
göstərdikləri mənəvi və maddi dayağa görə hər kəsə ayrı-ayrılıqda
minnətdarlığımı bildirirəm. Mənim əzizlərim, hamınız üçün çox
darıxmışam!
Müalicəm hələ bir neçə il davam edəcək. Lakin ölkəmdə tarixi bir
hadisə - Birinci Avropa Oyunlarının keçirildiyi bir vaxtda kənarda
qala bilmədim. Çox istədim ki, mən də hamı kimi bu işdə öz töhfəmi
verim.
Artıq iki ildən çoxdur ki, xəstəliyimlə əlaqədar Vətənden uzaqda
müalice aldığım üçün doğmalarımdan uzaq düşmüşəm. İlk növbədə
mərhum valideyinlərimin məzarını ziyarət edəcəm (Allah bütün
həyatdan köçən insanlara rəhmət elsin).
Mavi Xəzərimlə bir anlıq baş-başa qalıb, dalğalarının
pıçıltısına qulaq asmaq isteyirəm.
Mənə edilən dualarınız üçün Sizə səmimi qəlbdən təşəkkür edirəm.
Allah sizdən razı olsun. Mən də ölkəmdə daima firavanlıq və sülh
olmasını, xalqımın azad və xoşbəxt yaşamasını Ulu Tanrıdan
diləyirəm!
Arzu edirəm ki, düşmən tapdağında olan torpaqlarımız, gözəl Qarabağımız tezliklə azad olsun və bu torpaqlarımızda sülh, əminamanlıq olsun!"
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?