Tanınmış hüquqşünas avtomobil qəzasına düşdü
Bizi izləyin

Qırmızı.az

Tanınmış hüquqşünas avtomobil qəzasına düşdü

Bu gün saat 17.30-da Zabrat-Maştağa yolunda - “Kross” marketin qarşısında avtomobil qəzası olub.

Publika.az AZADİNFORM-a istinadən xəbər verir ki, 10 NF 105 dövlət nömrə nişanlı “015” markalı avtomobil yüksək sürətlə hərəkət edərkən Mübariz Huseynova məxsus 10 UP 130 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobili arxadan vurub.

Məlumata görə, qəza yerinə Sabunçu rayon Yol Polis İdarəsinin əməkdaşları gəliblər. Avtomobildə tanınmış hüquqşünas Səməd Vəkilov və FİFA referisi, mərhum Xəlil Hüseynlinin atası Oruc Tarverdiyev da olub, onlar yüngül xəsarət alsalar da, xəstəxanaya getməkdən imtina ediblər.

Faktı S.Vəkilov da təsdiqləyib. S.Vəkilov bildirib ki, o, 05 yanvar 2015-ci il tarixdə avtomobil qəzasında dünyasını dəyişmiş FİFA referisi, beynəlxalq dərəcəli hakim Xəlil Hüseynlinin atası Oruc Tarverdiyevlə birlikdə olub: “Kross” marketin qarşısında piyada keçidinə yaxınlaşarkən piyadalara yol vermək üçün avtomobilində olduğumuz M.Hüseynov sürəti aşağı saldı. Bu zaman arxadan çox sürətlə gələn maşın isə bizim əyləşdiyimiz avtomobili əzib keçdi, hadisə yerinə DYP əməkdaşları gəldi və qəzanı rəsmiləşdirdilər. Maşına ziyan dəysə də, özümüzə çiddi heç nə olmayıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm