
Azərbaycanda bəzi yerlərdə havanın temperaturu 20
dərəcəyədək yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən Publika.az-a
verilən məlumata görə, fevralın 3-də Bakıda və Abşeron
yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir
tutulacaq, gün ərzində yağmursuz keçəcək. Cənub küləyi əsəcək,
arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 5-8,
gündüz 10-15 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında fevralın 3-də hava şəraitinin əsasən
yağmursuz keçəcəyi, şərq rayonlarında çiskinli olacağı, gecə və
səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi
əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-4, gündüz 10-15 dərəcə isti olacaq.