Qırmızı.az
Əri tərəfindən qeyri-ənənəvi cinsi əlaqəyə məcbur edilən qadın həyat yoldaşını qətlə yetirdi
49 yaşlı qadın 22 yaşlı oğlu ilə birlikdə 67 yaşlı həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirib. Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İspartanın Yalvaç mahalında baş vermiş olay zamanı Gönül S. oğlu Fıratın yardımı ilə dini nikahda olduğu əri Osman Tokmakı öldürüb.
Hüqüq-mühafizə orqanlarının araşdırmaları zamanı məlum olub ki, ana-bala Osmanı qətlə yetirdikdən sonra onun başını bədənindən ayırmağa çalışıblar. Həmçinin, o da bəlli olub ki, 3 uşaq atası Osman 6 ay əvvəl həyat yoldaşından ayrıldıqdan sonra İstanbuldan Yalvaça köçüb. O, burda 1 uşaq anası Gönüllə tanış olur və onunla imam nikahına girir. Bir müddət sonra cütlük arasında mübahisə yaranır və arvad evi tərk edir. Əşyalarını aparmaq məqsədilə evə geri dönən qadın yenidən Osmanla mübahisə edir. Nəticədə Gönül kəsici alətlə ərinin başına bir neçə dəfə zərbə endirir. Bundan sonra Osman huşunu itirir. Qorxuya düşən könül oğlu Fıratı köməyə çağırır. Onlar Osmanın başını bədənindən ayırıb onu parçalara bölmək istəyiblər. Lakin buna nail ola bilmədikdə hadisə yerini tərk ediblər.
Qonşular Osmandan səs-səmir çıxmadığını görüb polisə məlumat veriblər. Çilingərin yardımı ilə evə daxil olan polis orada 67 yaşlı kişinin cəsədini yorğanların altında səcdə etmiş vəziyyətdə tapıb. Tibbi ekspertizanın rəyindən sonra bəlli olub ki, Gönül və onun oğlu Fırat Osmanın sağ qulağını kəsib, başını isə bədənindən ayırmağa cəhd göstəriblər.
Qeyd edək ki, ərini qətlə yetirən qadın polisə verdiyi ifadəsində Osman Tokmakla dini nikahlı olduğunu vurğulamaqla yanaşı, hər gün döyüldüyünü bildirib: «Ərim məni hər gün döyür, söyürdü. O məni anormal, qeyri-ənənəvi cinsi əlaqəyə məcbur edirdi. Buna görə də aramızda mübahisə yaranırdı. Mən onu bu səbəbdən öldürdüm. Etdiklərinə görə onun başını bədənindən ayırmaq istədik. Alınmadıqda Osmanın cəsədini yorğanın altına yerləşdirib aradan çıxdıq».
Faktla bağlı araşdırmalar davam edir.
Vazeh
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?