Bakıda ər arvadını bıçaqladı
Bizi izləyin

Qırmızı.az

Bakıda ər arvadını bıçaqladı

Bakıda ərlə arvadın mübahisəsi qanlı sonluqla bitib.

Paytaxt sakini 33 yaşlı Bəhruz Əliyev qayınatasının evində ailə münaqişəsi zəminində həyat yoldaşı 31 yaşlı Günel Əliyevanı bıçaqlayıb.

Ərinin vurdğu bıçaq qadının döş qəfəsinə nüfuz edib. Yaralı yaxınlarının köməyi ilə xəstəxanaya çatdırılıb.

1 saylı şəhər xəstəxanasının növbətçi həkimi Səbuhi Sadıxovun verdiyi məlumata görə, yaralının vəziyyəti əməliyyatdan sonra ağır-stabil olaraq qalır.

Həyat yoldaşını bıçaqlayan Bəhruz Əliyev isə hadisədən sonra 4-cü polis bölməsinə gedərək könüllü təslim olub.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.(anspress.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm