Gəncəlilər pulsuz tibbi müayinədən keçiriləcək
Bizi izləyin

Qırmızı.az

Gəncəlilər pulsuz tibbi müayinədən keçiriləcək

Fevralın 13-dən akademik Zərifə Əliyeva adına Elmi -Tədqiqat Göz Xəstəlikləri İnstitutunun aparıcı mütəxəssisləri tərəfindən Gəncədə institutun səyyar klinikası vasitəsilə pulsuz müayinə edəcək.

Publika.az-ın məlumatına görə, İnstitutun aparıcı mütəxəssisləri tərəfindən uşaq və böyüklər tibbi müayinədən keçiriləcək, onlara məsləhətlər veriləcək. Bəzi cərrahi əməliyyatların aparılması da nəzərdə tutulur.

Bununla bağlı ərazi poliklinikalarından müvafiq tibbi sənədlərlə Göz Xəstəxanasına (N.Nərimanov prospekti ,41) müraciət edə bilər.

Həmçinin fevralın 7-dən etibarən N.Tusi adına Klinikanın aparıcı həkim mütəxəssisləri tərəfindən Gəncədə Təcili Tibbi Yardım Xəstəxanasının (3№li xəstəxana, Heydər Əliyev Prospekti, 316) Qəbul şöbəsində : ümumi cərrah, uroloq, travmatoloq, üz-çənə cərrahı, vertebroloq ixtisasları üzrə əhaliyə baxış və məsləhətlərin aparılması nəzərdə tutulur. Bununla bağlı sakinlər müvafiq tibbi müayinə sənədləri ilə müraciət edə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm