İstirahət günü hava necə olacaq?
Bizi izləyin

Qırmızı.az

İstirahət günü hava necə olacaq?

Arabir güclənən mülayim şimal küləyi əsəcək

Fevralın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yarımadanın bəzi ərazilərində az yağıntılı olacağı gözlənilir. Arabir güclənən mülayim şimal küləyi əsəcək.

Bu barədə Publika.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Havanın temperaturunun gecə 3-5, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Bölgələrdə də sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru qərb rayonlarından başlayaraq yağıntılı olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 6-9 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm