Şok: internetdən xilas olmaq üçün öz əlini kəsdi
Bizi izləyin

Qırmızı.az

Şok: internetdən xilas olmaq üçün öz əlini kəsdi

Çində internet oyunları oynamaqdan heç cür imtina edə bilməyən 19 yaşındakı gənc dəhşətli bir üsuldan istifadə edərək bu asılılığa son qoymaq qərarına gəlib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, çinli gənc çarəni əlini kəsməkdə görüb.

Adı açıqlanmayan, ancaq internet aləmində “Little Wang” kimi tanınan gənc evdə anasına “Həkimə gedirəm. Axşama mütləq evdə olacağam” yazdığı bir məktub qoyaraq evdən çıxıb. Sol əlini biləyindən kəsən gənc taksiyə minərək xəstəxanaya gedib. Amma həkimlər onun kəsilmiş əlini yerinə tikə biliblər.

Məlumata görə, Çində internet asılılığı çox yüksək səviyyədədir. İnternetdən asılı olanların 24 milyon olduğu ölkədə reabilitasiya mərkəzləri yaradılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm