Nadir Şəfiyev: “Mixalkovun Qriboyedov haqqında çəkəcəyi filmdən obyektivlik gözləmək absurddur”
Bizi izləyin

Qırmızı.az

Nadir Şəfiyev: “Mixalkovun Qriboyedov haqqında çəkəcəyi filmdən obyektivlik gözləmək absurddur”

Ermənilər yalnız döyüş meydanında mübarizə aparmır, onlar həm də ideoloji mübarizədə yeni layihələrin icrasına başlayıb.

Publika.az-ın məlumatıan görə, siyasi şərhçi, politoloq Nadir Şəfiyev buna misal olaraq rus kinorejissoru Nikita Mixalkovun dramaturq, diplomat Aleksandr Qribayedov haqqında filmin çəkilişini qeyd edir. Sosial şəbəkələrdə hətta azərbaycanlılar tərəfindən xəbəri paylaşılan filmlə bağlı detalları açıqlayan siyasi şərhçi teleserialda ermənilərin Qarabağa gəlmə olmalarına dair tarixi fakta obyektiv yanaşmanın olmayacağına işarə edib: “Mən rejissor Nikita Mixalkovun filmin çəkilişi ilə bağlı müsahibəsində toxunduğu məqama diqqət çəkmək istərdim. O, Qribayedovun guya İran ərazısındə əsirlikdə olan 40 min erməni ailəsinin Qarabağa geri qaytardığı ifadəsini işlədir. Artıq bu ifadədən sonra obyektiv filmin çəkilməsindən danışmaq absurd olardı”.

N.Şəfiyev qeyd edir ki, layihənin ssenari müəlliflərindən biri erməni əsilli Aleksandr Adabaşyandır. Həm də 12-16 seriyadan ibarət olan filmin təqribən yarısı Qarabağda çəkiləcək, o ərazidə ki hazırda erməni işğalı altındadır. Siyasi şərhçi de-yure Azərbaycan torpaqları olan Qarabağda rəsmi Bakıdan icazə alınmadan çəkilişlərin aparılmasını qeyri-qanuni adlandırır. Bütün bunları nəzərə alaraq obyektivliyə ümid etmədiyini qeyd edən politoloq bu cür metodların ideoloji baxımdan böyük təsirə malik olduğunu deyir. Haqlı mövqeyimizi dünya ictimaiyyətinə çatdırmaq üçün Azərbaycan tərəfindən də dünya şöhrətli kinorejissor və aktyor heyətini dəvət etməklə yüksək səviyyəli tarixi filmlərin çəkilməsinə ehtiyac olduğu vurğulanır. Nadir Şəfiyev qeyd edir ki, “hərbi cəhətdən öndə olan Azərbaycan ideoloji cəhətdən də qələbəsini təmin etmək üçün belə layihələrdən istifadə etməlidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm