Gəncəli gənclərin bayram təntənəsi - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Gəncəli gənclərin bayram təntənəsi - FOTOLAR

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı Gənclər Birliyi 2 Fevral - Gənclər Günü münasibətilə tədbir keçirib. Tədbirdə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, AMEA Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev, şəhərin ictimai-siyasi həyatında fəallıq göstərən gənclər iştirak ediblər.

YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev bayram münasibəti ilə gəncləri təbrik edib. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətdə gənclərə qayğı xüsusi yer tutur və 2 Fevral Gənclər Gününün təsis edilməsi bunun parlaq nümunəsidir.Ölkə Prezidenti cənab İlham Əliyevin gənclərə hərtərəfli qayğısı sayəsində gənclərin yüksək təhsili, ictimai-siyasi fəallığı, dövlət quruculuğu işində yaxından iştirakı üçün hər bir şərait yaradılıb.

Bu gün gənclər xoşbəxt gələcəklərinin təminatını Yeni Azərbaycan Partiyasında görürlər.Fərəhlidir ki, YAP Gəncə şəhər Təşkilatının 33 minlik üzvünün 58 faizini gənclər təşkil edir ki, bu da çox böyük uğurdur. Gəncə şəhər Partiya Təşkilatının ərtafında Vətənini, dövlətini sevən, müasir düşüncəli, yüksək intellektli gənclər birləşib.

Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev 2014-cü ildə görülən işlər barədə məlumat verərək vurğulayıb ki, il ərzində Gənclər Birliyi 25 müxtəlif səpgili tədbirlər , 8 aksiya, 16 təlim, 13 seminar təlim keçirib. 21 layihə reallaşıb. Əlamətdar günlərlə bağlı 5 sosial video çarx çəkilib. İsti yay günlərində pulsuz su aksiyası təşkil edilib. Təlim-Resurs Mərkəzində 6 müxtəlif pulsuz kurs təşkil edilib və davam edir. “Xocalıya 1 kilometr” adlı film çəkilib. Həmçinin Gənclər Birliyinin nəzdində kinoklub fəaliyyət göstərir. Hər həftənin şənbə günləri gənclər kinoklubda arzu etdikləri filmlərə baxmaq imkanı əldə edirlər.

Sonda şəhərin ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup gənc Fəxri fərmanlarla təltif edilib.

Tədbir Uşaq Yaradıcılıq Mərkəzinin “Qönçə” rəqs ansamblının, istedadlı gənclərin musiqi ifaları ilə davam edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm