Qırmızı.az
Hərbi-həkim komissiyasının sədri rüşvət alarkən tutuldu
Sabirabad rayon sakininin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin Hərbi-həkim komissiyasının sədrinin ondan rüşvət tələb etməsinə dair müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırıllb.
Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verdiyi məlumata görə, müraciət üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xidmətin Sabirabad rayon şöbəsinin Hərbi-həkim komissiyasının sədri, Sabirabad rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Rail Musayev xidməti vəzifəsinin icrası ilə əlaqədar rayon sakininin övladının hərbi xidmətə yararsız hesab olunmasına dair müvafiq tibbi sənədlərin rəsmiləşdirilməsi müqabilində özü üçün tələb etdiyi 500 manat məbləğində pulun 200 manatını 3 fevral 2015-ci il tarixdə xidməti otağında rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmış və R.Musayevə həmin maddədə nəzərdə tutulan ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR