"Unibank" maliyyə forumunu dəstəkləyir
Bizi izləyin

Qırmızı.az

"Unibank" maliyyə forumunu dəstəkləyir

Unibank daha bir beynəlxalq konfransa dəstək verib. Adam Smith Conferences tərəfindən təşkil edilən Azərbaycan Banкçılıq və Maliyyə forumunda ölkə maliyyə bazarı ilə bağlı, bank sektorunun mövcud vəziyyəti və inkişaf perspektivlərinə dair maraqlı məruzələr səslənəcək.

Əsas mövzusu özəl bankçılıq xidmətləri və aktivlərin idarəsi olan forumda Unibank nümayəndələrinin əhatəli çıxışları nəzərdə tutulur. 4-5 fevral tarixlərində Bakıda keçirilən Banкçılıq və Maliyyə forumu ekspertlər tərəfindən Azərbaycanın korporativ məsələlərin formalaşdırılması, maliyyə strategiyası, korporativ inkişaf və maliyyə imkanlarının müzakirəsi baxımından vacib tədbir hesab edilir. Beynəlxalq konfransda yerli və xarici ölkələrin maliyyə qurumlarının rəhbər şəxsləri, tanınmış eksperlər iştirak edir.

Qeyd edək ki, Adam Smit İnstitutu dünyanın fərqli ölkələrində iqtisadi inkişafla bağlı dərin araşdırmalar aparan və uzunmüddətli inkişaf imkanları ilə bağlı tövsiyyələr hazırlayan elmi araşdırma mərkəzidir. İnstitutun iqtisadiyyatın müxtəlif sahələri ilə bağlı keçirdiyi illik konfranslar ölkələrin sərmayə imkanları, kommersiya strategiyaları haqda iştirakçılara geniş məlumatlar verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm