Aydın Əliyev köhnə avtomobillərdən danışdı
Bizi izləyin

Qırmızı.az

Aydın Əliyev köhnə avtomobillərdən danışdı

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev son vaxtlar Gürcüstandan Azərbaycana keçirilən mikroavtobuslarla bağlı yaranmış problemə münasibət bildirib.

Publika.az-ın məlumatına görə, komitə sədri jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycana xeyli sayda köhnə maşınlar gətirilir: “Maşınları gətirənlər bildirirlər ki, guya həmin maşınlar müvəqqəti olaraq Azərbaycanda saxlanılır. Elə hallar da olur ki, həmin maşınlar ehtiyat hissə halında gətirilir. Biz də məcbur olub bu addımı atmışıq. Bu təkcə Gürcüstan sərhəd-keçid məntəqəsinə yox, Azərbaycanın bütün sərhəd-keçid məntəqələrinə tətbiq olunur. Həmin maşınlar Azərbaycana gətirilərkən kimsə zamin durmalıdır ki, sözügedən maşınlar bu hala gətirilməyəcək. Bilirsiniz ki, “Avro 4” standartlarına cavab verməyən maşınlar ekologiya problemləri yaradır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm