• USD 1,7000 0,00% EUR 1,9727 +0,04%
    • GBP 2,3415 +0,10% RUB 0,0245 +0,41%

Bakının bir hissəsi qazsız qalıb

Bakının bir hissəsi qazsız qalıb

Paytaxtın Xətai rayonunun bir sıra ərazilərinə verilən təbii qaz bu gün saat 12-dən etibarən dayandırılıb.

Publika.az xəbər verir ki, günortadan kəsilən mavi yanacaq sakinlərin elektrik qızdırıcılarından istifadə etmək məcburiyyətində qoyub.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Karbalayev isə Publika.az-a bildirilib ki, bu, yeni çəkilmiş qaz xətlərinin mənbəyə birləşdirilməsi ilə bağlıdır:

“Əraziyə bir neçə yeni qaz xətti çəkilib. Həmin xətlər mənbəyə birləşdirilir. Saat 18-ə kimi həmin ərazilərə təbii qazın verilməsi bərpa olunacaq”.

Anar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR