Zabit oğlunun Zakir Həsənova müraciətinə cavab verildi - FOTO
Bizi izləyin

Qırmızı.az

Zabit oğlunun Zakir Həsənova müraciətinə cavab verildi - FOTO

Müdafiə Nazirliyi ötən il xidməti zamanı həlak olan pilotun oğlunun müraciətinə reaksiya verib.

Müdafiə Nazirliyi ötən il xidməti zamanı həlak olan pilotun oğlunun müraciətinə reaksiya verib.


Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən cavabda bildirilib ki, 2013-cü il fevralın 11-də Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə məxsus helikopter Bakının “Şıx” çimərliyi istiqamətində qəzaya uğrayıb və nəticədə helikopterin ekipaj üzvləri - kapitan Yaşar Mail oğlu Əhmədov, baş leytenant Rüstəm Gülhüseyn oğlu Rüstəmov və leytenant Bəhruz Novruz oğlu Zeynalov həlak olub.

Müdafiə Nazirliyi bir daha həlak olan hərbi qulluqçularımızın əzizlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir.

Nazirlik qeyd edib ki, kapitan Yaşar Əhmədovun həlak olması faktı üzrə hazırda Respublika Hərbi Prokurorluğunda istintaq aparılır.

Baş vermiş hadisəyə Hərbi Prokurorluq tərəfindən hüquqi qiymət verildikdən sonra müraciətdə qeyd olunan məsələlərə baxılacaq.

Qeyd edək ki, bu ilin fevralın 11-də Yaşar Əhmədovun 13 yaşlı oğlu Nicat Əhmədov atasına şəhidlik statusunun verilməsi üçün müdafiə naziri Zakir Həsənova müraciət etmişdi:

“Hazırda mənim ən böyük arzum atama şəhidlik adının verilməsidir.
Atamın doğulduğu Qazax rayon Aslanbəyli kənd orta məktəbinə də atamın adının verilməsini istərdim. Ailəm atama şəhid statusun verilməsi üçün bir sıra dövlət orqanlarının rəhbər və vəzifəli şəxslərinə müraciət edib. Hamısı bildirib ki, bu cinayət işi bağlandıqdan sonra status məsələsinə baxılacaq. Ancaq mən bir daha ailəm adından sizin vasitənizlə müdafiə naziri Zakir Həsənova müraciət edirəm. Xahiş edirəm ki, mənim müraciətimin reallaşmasına nazir özü daha yaxından nəzarət etsin” /Aznews.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm