ŞOK: Azərbaycanda gözsüz körpə doğuldu - VİDEO
Bizi izləyin

Qırmızı.az

ŞOK: Azərbaycanda gözsüz körpə doğuldu - VİDEO

Şabranda dünyaya gələn körpə görənləri heyrətə gətirir. Çünki, onunanadangəlmə gözləriyoxdu. Həkimlər də belə halla ilk dəfə rastlaşdıqlarını bildiriblər.

Publika.az Xəzər TV-yə istinadən xəbər verir ki, 1 aylıq körpə hər kəsi heyrətə gətirir. Çünki onun gözləri yoxdur. Şabran sakini olan Aytac Qafarova yeni ilin ilk günü normal doğuş həyata keçirib və qız uşağı dünyaya gətirib. Lakin, bu sevinc uzun sürməyib. Doğuşdan sonrakı müayinlər zamanı bu qeyri-adi mənzərə ortaya çıxıb.

Məlum olub ki, körpənin göz almacıqları yoxdu. Həkimlər də bu cür halla ilk dəfədir qarşılaşdıqlarını deyirlər.

Bundan sonra ailə bir müddət gözləyib. Lakin heç bir dəyişiklik olmadığı üçün körpəni yenidən müayinə etdirmək məqsədilə Bakı şəhərindəki xəstəxanalardan birinə aparıblar. Uşağa orada da eyni diaqnoz qoyulub.

Fatimə adı verilən körpənin qidalanmasında və gündəlik rejimində heç bir problem yoxdur. Səsə də normal uşaqlar kimi reaksiya verir. Lakin göz qapaqları açılmır. Qeyd edək ki,körpənin valideynləri olan Elçin Qafarovla Aytac Qafarova xala uşaqlarıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm