Təyyarə qəzaya uğradı: 20 ölü, 15 yaralı, 24 itkin- VİDEO
Bizi izləyin

Qırmızı.az

Təyyarə qəzaya uğradı: 20 ölü, 15 yaralı, 24 itkin- VİDEO

Tayvanda ATR-72 təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 20 nəfəri keçib.

Publika.az-ın məlumatına görə, qəza nəticəsində 15 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 24 nəfər itkin hesab olunur.

Bildirilir ki, təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra çaya düşüb. Dispetçerlərin dediyinə görə, təyyarə havaya qalxdıqdan dərhal sonra pilot üç dəfə həyəcan siqnalı verib. Eyni zamanda, adanın mülki aviasiya idarəsi qəzanın səbəblərinin hələ məlum olmadığını bildirir.

Artıq Tayvanda qəzaya uğrayan təyyarənin qara qutuları tapılıb. Onların məlumatlarının təhlilinə yaxın saatlarda başlanacaq.

Qeyd edək ki, keçən ilin iyul ayında da Tayvanda eyni kompaniyaya məxsus analoji təyyarə qəzaya uğramışdı. Penxu adasında pis hava şəraitində təkrar eniş cəhdi zamanı təyyarənin yaşayış evlərinə çırpılması nəticəsində 49 nəfər həyatını itirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm