Mingəçevir qəbiristanlığında goreşənlər peyda olub - ŞOK
Bizi izləyin

Qırmızı.az

Mingəçevir qəbiristanlığında goreşənlər peyda olub - ŞOK

Mingəçevirdə qəbiristanlıqda məzarlar naməlum şəxslər tərəfindən dağıdılıb. Hadisə Mingəçevir kənd qəbiristanlığı adlanan ərazidə olub.

Mingəçevirdə qəbiristanlıqda məzarlar naməlum şəxslər tərəfindən dağıdılıb. Hadisə Mingəçevir kənd qəbiristanlığı adlanan ərazidə olub.

Həmin qəbiristanlığa qənim kəsilənlər məzar daşlarının üzərində olan güldanları qoparıb və digər bu kimi xoşagəlməz hərəkətlər ediblər.

Publika.az El TV-yə istinadən xəbər verir ki, onlar apara bildiklərini aparıb, apara bilmədiklərini sındırıblar.

Bildirildiyinə görə, ərazidə tez-tez narkomanlar və sərxoşlar olur. Qəbiristanlıqda uyuyan insanların yaxınları da bu işdə onlardan şübhəlidirlər. Bu, qəbiristanlıqda baş verən birinci belə hal deyil.

Qəbiristanlıqda uyuyanların yaxınları müvafiq qurumlardan bu vəziyyətə son qoyulmasını istəyirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm