Yasamalda Təhsil Nazirliyinə məxsus bina yanıb
Bizi izləyin

Qırmızı.az

Yasamalda Təhsil Nazirliyinə məxsus bina yanıb

Səhər saatlarında Yasamal rayonunda güclü yanğın baş verib.

Səhər saatlarında Yasamal rayonunda güclü yanğın baş verib.

Hadisə İsmayıl QutqaşınlI küçəsində yerləşən Bakı şəhər üzrə Təhsil İdarəsinə məxsus 2 mərtəbəli inzibati binada qeydə alınıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə İdarəsinin Yasamal və Səbail rayonları üzrə canlı qüvvəsi və texnikaları cəlb olunub. Binaya verilən təbii qaz "AzəriQaz" tərəfindən dayandırılıb.

Mətbəxdə qeydə alınan yanğın tez bir zamanda digər otaqları da əhatə edib. Binanın nəzarətçisinin sözlərinə görə, yanğın işçilərin ehtiyatsızlığı səbəbindən baş verib. Nəticədə binanın yanar konstruksiyaları oradakı əşyalarla birlikdə yanıb.

Hadisə yerinə Dövlət Yanğın Nəzarət Xidmətinin tətqiqat qrupu cəlb olunub və hazırda araşdırma işləri davam etdirilir. İlkin ehtimallara görə, yanğın mətbəxdəki qaz sobasının açıq qalması nəticəsində baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm