Ermənilərin kabusuna çevrilmiş qəhrəman - Axar TV
Bizi izləyin

Qırmızı.az

Ermənilərin kabusuna çevrilmiş qəhrəman - Axar TV

Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür.

O, 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Uşaqlıqdan sakit təbiətə malik olan Mübariz gələcəkdə Azərbaycan tarixinə adının qızıl hərflərlə yazılacağından xəbərsiz idi. Mübariz 2005-ci ildə həqiqi hərbi xidmətə çağrılır. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirir. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurduqdan sonra bir müddət mülki işlərdə çalışır.

Amma sonradan bir zamanlar onun üçün doğma olan sahəyə qayıdır. 2009-cu ilin avqust ayında yenidən hərbi xidmətə geri dönmək üçün ərizə yazır. Bu dəfə isə orduya başqa rütbə ilə getməli olur. Mübariz tezliklə gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayır. Lakin İbrahimovun vətəni qarşısında nə isə bir şey etmək cəhdi onun arxa cəbhədə çalışmasına maneçilik yaradır.

O, artıq irəliyə düşmənlə göz-gözə gələcəyi məntəqəyə can atır. Bunu isə qısa müddət ərzində bacarır. Artıq özündən yuxarı dairələrə yazdığı məktuba cavab gəlmişdi. Tezliklə cəbhə xətti özünün daxilində cəsarət eşqinin alovlandığı aslanını öz səngərinə qəbul edir. Və İbrahimov arzusuna çatır. Daha ətraflı Axar TV-nin süjetində:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm