Qadınların bu xəstəlikdən ölüm riski kişilərdən çoxdur
Bizi izləyin

Qırmızı.az

Qadınların bu xəstəlikdən ölüm riski kişilərdən çoxdur

Qadınların diabetdən ölüm riski kişilərdə nisbətən daha böyükdür.

Publika.az-ın məlumatına görə, avstraliyalı alimlərin apardığı araşdırmada qadınların 1-ci tip diabetdən ölüm riskinin kişilərdən 40% çox olduğu qeyd olunub.

Alimlər qadınların qanında şəkərin və insulinin miqdarını normada saxlamağın çətin olduğunu bildirirlər. Avstraliyalı alimlər bu nəticəyə gələnə qədər 200 mindən çox birinci tip diabet xəstəsinin analizlərini nəzərdən keçiriblər.

Qadınların bir çox xəstəliklərdən ölüm riski kişilərə nisbətən az olsa da, birinci tip diabet xəstəliyində vəziyyət əksinə dəyişib. Araşdırma nəticəsində birinci tip diabet xəstəsi olan qadınların iflic olma riskinin 37%, böyrək xəstəliklərindən ölmə riskinin isə 44% çox olduğu müəyyən edilib.

Birinci tip diabet xəstələrinin mədəaltı vəzisi insulin ifraz etmir, ya da bu çox az olur. Xəstəlik ancaq insulin iynəsi ilə müalicə edilir. İkinci tip diabet xəstələrinin mədəaltı vəzisində insulin ifrazı az olur, lakin bu xəstələr onu yetərincə istifadə edilə bilmir. Bu xəstələrin insulin iynəsinə ehtiyacı olmur. Onlar əsasən dərmanla müalicə edilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm