Ermənilər atəşkəsi 60 dəfə pozdu
Bizi izləyin

Qırmızı.az

Ermənilər atəşkəsi 60 dəfə pozdu

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 60 dəfə pozaraq mövqelərimizi intensiv atəşə tutub.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Çinari, Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağdam, Əlibəyli, Muncuqlu, Hacıalılı kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Ağdam rayonunun Şuraabad, Yusifcanlı, Kəngərli, Sarıcalı, Şıxlar, Cəvahirli, Qaraqaşlı, Baş Qərvənd, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm