Baş Prokurorluq Lamiyə Quliyevanın işi ilə bağlı xəbər yaydı
Bizi izləyin

Qırmızı.az

Baş Prokurorluq Lamiyə Quliyevanın işi ilə bağlı xəbər yaydı

Xəbər verildiyi kimi, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhbus Lamiyə Quliyevanın ötən ilin oktyabrında uşaq doğması və digər xüsusatlarla bağlı Ədliyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən birgə araşdırmalar aparılır.

Baş Prokurorluqdan Publika.az-a verilən məlumata görə, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, L.Quliyeva ümumiyyətlə zorlanmayıb. Həmçinin onun dünyaya gətirdiyi uşağın atasının şəxsiyyəti məlumdur.

L.Quliyevanın 2010-cu ildə Cinayət Məcəlləsinin 317.2-ci (cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddəsi ilə təqsirləndirilməsinə dair məhkəmənin hökmünə gəldikdə isə cəzanın ağırlığı ilə bağlı həmin hökmdən Baş Prokurorluq tərəfindən apelyasiya protesti verilib və yaxın vaxtlarda həmin protestə Apelyasiya Məhkəməsində baxılacaq.

Araşdırmalar zamanı qanun pozuntuları halları aşkarlanarsa, bu pozuntulara yol vermiş vəzifəli şəxs və ya şəxslərin məsuliyyətə cəlb edilməsi təmin olunmaqla nəticəsi barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm