Evli kişiylə qaçdığı üçün bacısını öldürdü
Bizi izləyin

Qırmızı.az

Evli kişiylə qaçdığı üçün bacısını öldürdü

Bərdə rayonunda ailə faciəsi baş verib. 17 yaşlı oğlan özündən böyük bacısını əli ilə boğaraq qətlə yetirib.

Bərdə rayon prokurorunun köməkçisi Şamil Paşayevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə dünən saat 21 radələrində baş verib.

Belə ki, 1998-ci il təvəllüdlü M.A. Bərdə şəhər Elçin Əsədov küçəsində kirayədə yaşayan bacısının evinə gedib. Oğlan 20 yaşlı Nəzakət Elxan qızı Şahbazovanı qolu ilə boğub öldürüb.

Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Polisin keçirdiyi əməliyyat nəticəsində bacısını öldürən oğlan tutulub.

O, polisə verdiyi ifadəsində bacısını qısqanclıq zəminində öldürdüyünü bildirib.

Qeyd edək ki, Nəzakət Şahbazova evli bir kişi ilə qoşulub qaçıb. O, həmin kişi ilə qeyri-rəsmi ər-arvad münasibətində olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm