"Cəfər Cabbarlı" stansiyasının ikinci xətti təmirə bağlandı
Bizi izləyin

Qırmızı.az

"Cəfər Cabbarlı" stansiyasının ikinci xətti təmirə bağlandı

“Bakı Metropoliteni”nin daha bir stansiyasında təmir işləri başlanıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Publika.az-a verdiyi xəbərə görə, "Cəfər Cabbarlı" stansiyasının ikinci xətti təmirə bağlanıb.

Onun sözlərinə görə, təmir hər hansı problemlə əlaqədar deyil.

“Həmin stansiyada iki xətt istifadədə idi. Xətlərdən biri qatarların gəlişi, digəri gedişi üçün idi və bu cür də istifadə olunurdu. Lakin dünəndən tuneldə təmir işlərinə başlanılıb. Bundan sonra qatarlar bir xətt üzrə normal qrafiklə hərəkət edəcək. Sərnişinlərin narahatlığına səbəb yoxdur. Çünki təmir işləri qatarların hərəkətində hər hansı problem yaratmayacaq”.

QSC sözçüsü təmir işlərinin bu ilin sonuna kimi davam edəcəyini deyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm