Azərbaycanlı tələbələr Kolumbiya Universitetində təhsil alacaq
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı tələbələr Kolumbiya Universitetində təhsil alacaq

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri bir semestr ərzində Kolumbiya Universitetində təhsil alacaq.Həmçinin 6 həftəlik yay məktəblərində iştirak etmək imkanı əldə edəcəklər.

ADİU-dan Publika.az-a verilən məlumata görə, bununla əlaqədar universitetlər arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, ADİU tələbələrindən hər semestr maksimum 25 tələbə bu imkandan yararlana bilər. Kolumbiya Universitetində təhsil alacaq tələbələrin yüksək təhsil göstəriciləri 71 baldan yuxarı, ingilis dili biliyi isə (minimum TOEFL 100 IBT və ya 7.0 IELTS) yüksək səviyyədə olmalıdır.

Kolumbiya Universitetinin məsləhətçiləri tələbələrə fənn seçimində yardım edəcəklər. Tələbələr semestr fənnlərindən 4, yay məktəbində isə hər fənnə görə 2 kredit qazanacaqlar. Kreditlər ADİU tərəfindən tanınacaq və tələbələrin qiymət cədvəlində göstəriləcək.

ADİU tələbələri Kolumbiya Universitetinin tələbələri üçün nəzərdə tutulan bütün imkanlardan bərabər hüquqlu istifadə edəcəklər. Kolumbiya Universiteti tələbələrin ABŞ vizası almasına və yerləşmə məsələlərinə kömək göstərəcək.

Müqaviləyə əsasən, ADİU tələbələrinə təhsil haqqında xüsusi güzəşt tətbiq olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm