Bakı metrosunda qəribə vaqonun sirri nədir? - Açıqlama
Bizi izləyin

Qırmızı.az

Bakı metrosunda qəribə vaqonun sirri nədir? - Açıqlama

“Sərnişinlərin marağına və təəccübünə səbəb olan vaqon yolölçən vaqondur. Ayda bir dəfə xəttə buraxılır. Burada təəccüblü heç nə yoxdur”.

Bu sözləri Axar.az-a Bakı Metropoliteni mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Metronun “Cəfər Cabbarlı” stansiyasında görünən və sərnişinlərin marağına səbəb olan maraqlı vaqonla bağlı danışarkən deyib.

Maraqlı vaqonla bağlı “Azadlıq” radiosuna foto yollayan şəhər sakini qeyd edib ki, dünən bir saat intervaldan sonra perrona yan alan qatarın vaqonlarından biri olduqca maraqlı dizaynda olub. Belə ki, vaqonda kondisioner, divan-kreslo, azuqə və geyim üçün rəflər olduğu görünüb. Həmçinin metropoliten işçiləri stansiyada dayanmış sərnişinlərə sözügedən vaqona minməyə izin verməyiblər.

N.Paşayev isə qeyd edir ki, burada təəccüblü bir şey yoxdur:

“Ayda bir dəfə xəttə buraxılan 5 vaqonluq qatarın bir vaqonu belə olur. Burada qəribə heç nə yoxdur. Ola bilməz ki, indiyə qədər bu vaqonu heç kim görməsin. Bu, yolölçən vaqondur. Sərnişinlərin istifadəsinə icazə verilmir. Yolları yoxlamaq üçündür. Vaqonun içində xüsusi aparat var”.

Vaqonun içində divan-kreslo və kondisionerin olmasına gəlincə isə, metropoliten sözçüsü belə bir şeyin olmadığını bildirdi:

“Kondisioner, divan-kreslo yoxdur. Amma iş aparan personalın oturması üçün stol-stul var. O, bir növ laboratoriyadır. Bazar günləri insanların az olduğu zaman xəttə buraxılır. İşçilər də bizim mütəxəssislərdir. Hərə öz sahəsi üzrə yollarda yoxlanış aparıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm