Birinci sinfə qəbul elektron qaydada aparılacaq
Bizi izləyin

Qırmızı.az

Birinci sinfə qəbul elektron qaydada aparılacaq

Azərbaycanın orta təhsil müəssislərində birinci siniflərə qəbul elektron formada aparılacaq.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Təhsil Nazirliyinin Təhsilin idarə olunmasının məlumat sistemləri şöbəsinin (TİMS) müdiri İsmayıl Sadıqov çərşənbə axşamı Rabitə və Yüksək Texnologiyalar Nazirliyində keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, hazırda sistemin sınağı keçirilir: "Yeni sistem valideynlərin orta təhsil müəssislərinə müraciətləri zamanı üzləşdikləri problemləri aradan qaldırmağa imkan verəcək".

Birinci siniflərə müraciətlərin elektron qəbulu sisteminin Bakı şəhərinin məktəblərində tətbiqi nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm