10 yaşlı qızın qəbiristanlıqda keçən ömrü - VİDEO
Bizi izləyin

Qırmızı.az

10 yaşlı qızın qəbiristanlıqda keçən ömrü - VİDEO

Təqdim edəcəyimiz süjetin qəhrəmanı 10 yaşlı Mariya Xələfovadır.

Publika.az Xəzər Tv-yə istinadən xəbər verir ki, 3-cü sinifdə oxuyan bu balaca qız 4 ildir ki, anası ilə birlikdə qəbiristanlığa yaxın daxmada yaşayır.Mariyanın həyat şəraiti çətin olsa da dərslərindən geri qalmır.Hətta sinifdə əlaçıdır.Ən dəhşətlisi odur ki, onun qəbirsitanlıqda yaşamağının səbəkarı anasıdır.

Yaşıdlarından fərqli olaraq, o, oynamaq əvəzinə məzar daşlarının üstünü təmizləyərək pul qazanır.

Uşaqlığının ən şirin və xoş illərini qəbirstanlıqda keçirir.Xaçmazın Bostançı kənd sakini 10 yaşlı Mariyanın atası ilə anası 9 il əvvəl ayrılıblar. Bundan bir müddət sonra atası dünyasını dəyişib.Ticarətlə məşğul olan anası isə iflas etdiyini bildirərək onu da götürüb Bakıda Xocasən qəbirstanlığında yaşamağa başlayıb.

Balaca qızın əyləncə, oyun məkanı məzarların yanıdır.Ancaq Mariya, məzarlığın vahiməsindən, it səslərindən qorxur.

Balaca qızcığazın bu cür çətin şəraitdə yaşamasının səbəbkarı onun anasıdır… Çünki, Xaçmazda Nərgiz Xələfovaya məxsus 15 sot torpaq sahəsi var. O, nə torpağını satır, nə də daxma tikərək orda yaşayır. Bununla yanaşı, qadın 4 ildir ki, imkansızlıqdan əziyyət çəkdiyini iddia edir. Halbuki, ötən ilin noyabrında Nərgiz Xələfova özəl xəstəxanaların birində öz imkanı ilə 7 min manatlıq əməliyyat keçirib.

Bunları dərk etməyən Mariya isə 3-ci sinifdə oxuyur. Bu qədər çətinliklər arasında gözlərindəki həyat eşqi sönməyən qızcığaz sinifin əlaçılarındandır. Hər gün məktəbə getmək üçün qəbirstanlığın içindən ən az 1 kilometr yolu piyada gedir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm