“Startup Turkey 2014″-də QUTechnopark da təmsil olunacaq
Bizi izləyin

Qırmızı.az

“Startup Turkey 2014″-də QUTechnopark da təmsil olunacaq

Fevralın 20-22-si tarixlərində Türkiyənin Antalya şəhərində “Startup Turkey 2014″ tədbiri keçiriləcək

Fevralın 20-22-si tarixlərində Türkiyənin Antalya şəhərində “Startup Turkey 2014″ tədbiri keçiriləcək.

Publika.Az-ın verdiyi xəbərə görə, 3 gün davam edəcək tədbirdə dünyanın 20-yə yaxın ölkəsindən 75 startup, 150 investor iştirak edəcək. Tədbir əsasında seminar-konfranslar, investorlarla startapçılar arasında görüşlər və s. proqramlar keçiriləcək.

Antalyanın “Rixos Hotel”də baş tutacaq tədbirdə yeni ideyalar, yeni startuplar təqdim olunacaq və onların gələcək inkişaf mərhələləri müzakirə ediləcək.

“Startup Turkey 2014″ proqramında Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) direktoru dosent İsa Qasımov da iştirak edəcək.

Bu proqramda Azərbaycandan Yüksək Texnologiyalar Parkının nümayəndəsi Ülvi Aslanov, həmçinin 7 startap layihəsi - “MultiBon”, “Manads”, “Modaha”, “Nettrends”, “Socset”, “VitalCV” və “Loupse” - iştirak edəcək.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm