Bakıda arvad ərini polağacı ilə döydü
Bizi izləyin

Qırmızı.az

Bakıda arvad ərini polağacı ilə döydü

Ötən gecə Bakının Binəqədi rayonunda kişi arvadı tərəfindən döyülüb.

Gecə saat 1 radələrində evə içkili halda gələn C.B. həyat yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı kişi ailə üzvlərini söyməyə başlayıb. Daha sonra uşaqları vurub.

Kişini sakitləşdirməyə çalışsalar da, buna nail olmaq mümkün olmayıb. Nəticədə C.B.-nin həyat yoldaşı polağacı ilə onu vurub. Bir neçə zərbədən sonra kişi huşunu itirib.

Sonradan ona tibbi yardım göstərilib. Kişi özünə gəlib. Xoşbəxtlikdən, onun ciddi xəsarət almadığı müəyyən edilib.(anspress)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm