Qırmızı.az
Qanunsuz ov edən 53 nəfər saxlanıldı
Fevralın 1-dən 15-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ölkə ərazisində növbəti reydlər keçirilib.
ETSN-nin mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, reydlər “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması, qanunsuz ov edilməsi, ovlanmış çöl quşlarının və heyvanların qeyri-qanuni satışının qarşısının alınması məqsədilə keçirilib.
Keçirilən reydlər zamanı qanunsuz ov edilməsi və qanunsuz yolla əldə edilmiş ov məhsulların satışı ilə bağlı 53 nəfər saxlanılıb, qanun pozan şəxslərdən, ümumilikdə 53 ov tüfəngi, 28 patron, qanunsuz ovlanmış 14 quş və 1 dovşan qanunvericiliyə uyğun qaydada götürülüb.
Faktlarla bağlı akt və protokollar tərtib edilərək 51 nəfər qanun pozucusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati qaydada, ümumilikdə 47800 manat məbləğində cərimə olunub. Sənədlərini təqdim etməyən 2 nəfər qanun pozucusu barəsində toplanmış materiallar və maddi-sübut kimi götürülmüş ov tüfəngləri isə təqsirkarlar barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə rayon Polis Şöbələrinə təqdim edilib. Hazırda araşdırma aparılır və təqsirkarların qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlər görülür.
Respublika ərazisində qanunsuz ov hallarının qarşısını almaq məqsədilə Nazirliyin əməkdaşları tərəfindən reydlər davam etdirilir.
Publika.Az
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO