Qırmızı.az
Atasını Suriyaya dəvət edən azərbaycanlı İŞİD-çi öldürüldü - VİDEO
Suriyada İŞİD-in daha bir azərbaycanlı üzvü öldürülüb.
Publika.az xəbər verir ki, bir müddət əvvəl
videomüraciət yayaraq atasını Suriyaya dəvət edən Qaradağ rayonu,
Səngəçal qəsəbəsinin sakini Fariz Dostəliyev dünən Suriyada gedən
döyüşlərdə öldürülüb.
F. Dostəliyevin yaxınlarından əldə etdiyimiz məlumata görə, o, sonuncu dəfə 2014-cü il 31 yanvar tarixində ailəsi ilə əlaqə saxlayıb. Hər şeyin yaxşı olduğunu deyən F. Dostəliyev həyat yoldaşını da öz yanına aparmaq istəyirmiş. O, Şamda (Suriyada) yaşadığını, işlədiyini və maaş aldığını deyib. Lakin ailəsi onun bu hərəkətinə qarşı çıxıb.
Onun ölümü ilə bağlı ailəsinə dünən gecə SMS-lə məlumat daxil olub.
Qeyd edək ki, F. Dostəliyev bir müddət əvvəl videomüraciət yayaraq
atasını da Suriyaya dəvət edib. Videoda o, şəhərin mərkəzində digər
döyüşçülərlə birgə kabab yeyir, Suriyadakı rahat həyatından
danışırdı.
Asif
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...