Qırmızı.az
TQDK sədri: "Oxuyub yaza bilməyən şagirdlər var"
"Çox acınacaqlı haldır ki, 9 və 11-ci siniflərin şagirdləri arasında nəinki minimal tədris proqramını mənimsəməyənlər, hətta oxumağı və yazmağı bacarmayanlar da aşkar olunub. Belələri 11-ci sinif şagirdləri arasında 2 nəfər, 9-cu sinif şagirdləri arasında isə 64 nəfər olub".
Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının sədri Məleykə Abbaszadə bu gün "Abituriyent"
jurnalının 12-ci sayının təqdimat mərasimində çıxış edərkən
deyib.
Onun sözlərinə görə, bu statistika imtahan rəhbərlərinin
protokolları əsasında ortaya çıxıb: "Bu cür halların imtahan
rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını
nəzərə alsaq, yuxarıda göstərilən faktların əslində daha çox və
vəziyyətin daha acınacaqlı olduğunu ehtimal etmək olar. Belə
şagirdlərin hansı bilik və bacarıqlar sayəsində 9-cu və hətta 11-ci
sinfə qədər gəlib çatması TQDK üçün müəmmalı olaraq qalır".
M.Abbaszadə 11-ci siniflər üzrə oxumağı və yazmağı bacarmayan
şagirdlərin rayonlar (şəhərlər) üzrə sayını da açıqlayıb. O qeyd
edib ki, Ağcabədi və Masallı rayonlarının hərəsində 1 nəfər var.
9-cu siniflər üzrə isə oxumağı və yazmağı bacarmayan şagirdlərin
sayı Cəlilabad və Yevlax rayonlarının hərəsində 6 nəfər, Ağcabədi
və Masallı rayonlarının hərəsində 5 nəfər, Göygöl, Laçın, Sabirabad
və Tovuz rayonlarının hərəsində 4 nəfər, Biləsuvar, Füzuli,
Gədəbəy, Goranboy, Göyçay, İmişli, Quba, Şəmkir və Xaçmaz
rayonlarının hərəsində 2 nəfər, Bakı şəhəri, Abşeron, Ağstafa,
Bərdə, Lənkəran, Qazax, Tərtər və Zaqatala rayonlarının hərəsində 1
nəfərdir.
M.Abbaszadə qeyd edib ki, 9-cu siniflər üzrə buraxılış
imtahanında bölgələr arasında ən yüksək nəticəni Şahbuz rayonu,
Sumqayıt, Naxçıvan, Bakı və Mingəçevir şəhərləri, Ordubad, Qubadlı,
Abşeron və Qax rayonlarının şagirdləri göstəriblər. Ən aşağı
göstəricilər isə Ağcabədi və Sabirabad rayonlarının şagirdlərinə
(müvafiq olaraq 18.0 və 17.8 bal) məxsus olub.
11-ci siniflər üzrə buraxılış imtahanında ən yüksək nəticəni Mingəçevir şəhəri, Qax, Şahbuz rayonları, Naxçıvan, Sumqayıt və Bakı şəhərləri, Xızı, Naftalan və Qubadlı rayonlarının şagirdləri əldə ediblər. 9-cu və 11-ci sinif şagirdlərinin hər bir fənn üzrə nəticələrinə nəzər salsaq, görərik ki, ən yaxşı nəticələri türk liseyləri, TN tabeli və özəl liseylərin şagirdləri əldə ediblər.
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik