Məleykə Abbaszadə təhsilin və müəllimlərin səviyyəsindən narazıdır
Bizi izləyin

Qırmızı.az

Məleykə Abbaszadə təhsilin və müəllimlərin səviyyəsindən narazıdır

Orta statistik abituriyent fənlər üzrə məktəb proqramının yalnız 25-49 faizini mənimsəyir. Bu nəticələr Azərbaycan və rus bölməsi üzrə ayrılıqda təhlil edilib.

Publika.az-ın məlumatına görə, bu fikirləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, Azərbaycan bölməsi üzrə orta statistik abituriyent ana dili fənnindən 41.38, ədəbiyyatdan 37.52, riyaziyyatdan I-II qruplarda 26.33, III-IV qruplarda 27.33, fizikadan 27.40, kimyadan 25.59, biologiyadan 28.10,tarixdən 31.01, Azərbaycan tarixindən 35.95, coğrafiyadan 37.36, ingilis dilindən birinci qrupda 29.50, iki-üçüncü qruplarda 33.45 faizinə düzgün cavab verib.

“Abituriyentlərin cavablarının göstəricilərindən aydın olur ki, orta statistik abituriyent fənlər üzrə testlərin yalnız 25-49 faizinə düzgün cavab verib. Bu da ümumi təhsil müəssiələrində tədris prosesinin normal aparılmamasını, tələbkarlığın zəifliyini, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasını və tədris prosesində yeni təlim üsullarından istifadə edilmədiyini göstərir”.

Məleykə Abbaszadə bildirib ki, son illər Azərbaycan bölməsi abituriyentlərinin riyaziyyat, fizika və kimya fənləri üzrə imtahan nəticələrində müsbət irəliləyiş nəzərə çarpmır. Bu fənlər üzrə müxtəlif ixtisas qruplarını təmsil edən orta statistik abituriyentlər əsasən test tapşırıqlarının 23-29%-nə düzgün cavab verir, 32-48% cavab verməkdən imtina edir. Ötən illə müqayisədə ən böyük fərq tarix fənni üzrə olub. Belə ki, bu il tarix fənni üzrə Azərbaycan bölməsi abituriyentlərinin nəticələri 36.35%-dən 31.01 %-ə qədər aşağı düşüb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm