Yol polisinin cərimələrinin ödənişi asanlaşdırılır
Bizi izləyin

Qırmızı.az

Yol polisinin cərimələrinin ödənişi asanlaşdırılır

Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin onlayn ödənişi xidməti "Elektron hökumət" (e-gov.az) portalına inteqrasiya edilib.

Bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərləzindən deyiblər.

Ödənişi Daxili İşlər Nazirliyinin göstərdiyi elektron xidmətlər bölməsində etmək mümkündür. Hazırda nazirliyin göstərdiyi elektron xidmətlər siyahısına 3 xidmət daxildir: fərdi eyniləşdirmə nömrələri üzrə şəxsi məlumatların axtarışı, cərimə və rüsumların ödənişi, yol hərəkət qaydalarının pozulmasına görə cərimələr və cərimə balları haqqında məlumatın əldə edilməsi.

DİN-in təqdim etdiyi sözügedən xidmətdən istifadə zamanı şəxsiyyət vəsiqəsinin seriyası/nömrəsi, VÖEN, sürücülük vəsiqəsinin seriyası/nömrəsi, sənədin nömrəsi, protokol seriyası/nömrəsi tələb olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm