Nazirlik uşaqlar üçün “Ağ siyahı” hazırlayır
Bizi izləyin

Qırmızı.az

Nazirlik uşaqlar üçün “Ağ siyahı” hazırlayır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi uşaqların internet təhlükəsizliyi üzrə “Ağ siyahı” hazırlayacaq. Publika.az-ın məlumatına görə, məqsəd uşaqların internet təhlükəsiz istifadəsini təmin etməkdir.

Bu il Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən uşaqların internet təhlükəsizliyi üzrə “Ağ siyahı”nın (“white list”) hazırlanması nəzərdə tutulur. “Ağ siyahı”ya uşaqların maraq dairəsini əhatə edən, faydalı məzmuna malik veb saytlar daxil ediləcək.

Eyni zamanda, uşaqlar üçün zərərli hesab olunacaq məzmunda veb saytların əngəllənməsi üçün qanunvericilikdə dəyişikliklər ediləcək.

Nazirlik həmçinin bu il informasiya təhlükəsizliyi üzrə laboratoriyalar yaradacaq. Bu laboratoriyaların yaradılması kibertəhlükələrin analizi, yeni yaranan kiberhücum metodlarının reallaşdırılması və onlara qarşı müdafiə üsullarının tədqiqi, şəbəkə avadanlıqlarının, həmçinin proqram təminatlarının təhlükəsizlik testi məqsədi daşıyır.

Eyni zamanda, ölkənin ümumi kibertəhlükəsizlik səviyyəsini yüksəltmək üçün sahə üzrə mütəxəssislərin potensialı artırılacaq. RYTN həmçinin bu il ərzində kibertəhlükəsizlik üzrə yerli və beynəlxalq qanunvericilik bazasının araşdırılması, beynəlxalq təcrübə əsasında yerli normativ hüquqi aktların təkmilləşdirilməsini planlaşdırır.


Bütün bunlarla yanaşı, kibertəhlükəsizlik üzrə beynəlxalq standartlar araşdırılacaq və milli standartlar onlara uyğunlaşdırılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm