Yenə yağış yağacaq
Bizi izləyin

Qırmızı.az

Yenə yağış yağacaq

Azərbaycanda yağıntılı hava şəraiti davam edəcək, Bakıda fasilələrlə yağış yağacaq.


Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosuna istinadən məlumatına görə, fevralın 13-də Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.


Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 6-8 dərəcə isti təşkil edəcək.


Azərbaycanın rayonlarında fevralın 13-də hava arabir yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Gündüz saatlarında bəzi rayonlarda yağıntılarda qısa fasilə yaranacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti təşkil edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm