Kəbəni bombalayan oyuncaqlar satılır - Bakıda - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Kəbəni bombalayan oyuncaqlar satılır - Bakıda - FOTOLAR

Beyləqan rayon sakini Ruslan Nəzərovun övladına, Bakıdan nənəsinin aldığı hədiyyə görənləri təəccübləndirib. Alınan helikopter oyuncağı işə düşən zaman divarda İslam mədəniyyətinin əsas mərkəzi olan Məkkə şəhərində yerləşən Kəbə evinin bombalanması əks olunur. Ruslan Nəzərov oyuncaqların uşaqların psixologiyasına pis təsir göstərə biləcəyindən narahatdır.

“Uşaq nənəsi ilə Bakıya gəzməyə gedəndə alıb gətiriblər. Orda nənəsi alıb bunu. Özünün də xəbəri olmadan. İşdən gəlmişdim. Uşaq oyuncağı oynadanda lazer divara düşdü. Gördüm Kəbənin şəkli var, ingiliscə də nəsə deyir, bombalayır. Guya Kəbəni bombalayır,”- Ruslan Nəzərov belə deyib.

Övladının gələcəyi üçün ciddi narahatçılıq keçirən ata belə oyuncaqların ölkəmizə gətirilməsinin qarşısını alınmasını xahiş edib./interaz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm