Azərbaycanda iki qadın 22 nəfəri soydu
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda iki qadın 22 nəfəri soydu

Vətəndaşları aldadan şirkət təsisçilərinə dələduzluq maddəsi ilə cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, «Tağıyev LTD» Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçiləri Pərvanə Tağıyeva və Ülkər Sanılı vətəndaşların etibarından sui-istifadə edərək, işə düzəltmək adı ilə onlara qarşı dələduzluq edib və müxtəlif məbləğdə pullarını sonuncunun «Access» bankdakı hesabına köçürtdürməklə həmin vəsaitləri ələ keçiriblər.

Onların hər ikisi şübhəli şəxs qismində cəlb edilməklə barələrində həbs qətimkan tədbiri seçilib.

İstintaq-əməliyyat tədbirləri ilə Ülkər Sanılının cari ilin ötən dövründə 22 nəfər Ağcabədi rayon sakininin etimadını qazanaraq onların 20.000 manata yaxın pullarını mənimsəməsi də sübuta yetirilib.

Vətəndaşların nəzərinə çatdırırıq ki, cinayət işi üzrə ibtidai araşdırma Nazirlikdə davam etdiriləcək və bununla bağlı zərərçəkmiş şəxslərdən Baş İstintaq və Təhqiqat İdarəsinə müraciət etmələri xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm